Meksikanın Harina şəhərində nazirlik işçilərini müşayiət edən polis konvoyu silahlı şəxslər tərəfindən pusquya salınıb.
Unikal.org xarici KİV-Ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb. Onlardan 8-i polis, 5-i isə nazirlik rəsmisi olub. Üç polis də yaralanıb.
Cinayətkarların hadisə yerindən qaçdığı bildirilir. Faktla bağlı araşdırma aparılır.