Qazaxıstan tərəfinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Baş nazir Askar Mamin arasında telefon danışığı olub.

Bu barədə Unikal.org-a Nazirlər Kabinetinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı Askar Mamin öz həmkarını Novruz bayramı münasibətilə təbrik edib, Qazaxıstan və Azərbaycan xalqlarının uzunəsrlik dostluğunun möhkəm təməllərə söykəndiyni deyib. Azərbaycanın uğurları xüsusi vurğulanıb.

Söhbət zamanı Azərbaycan ilə Qazaxıstan arasında münasibətlərin iqtisadi və ticarət aspektlərinə dair bir sıra məsələlər müzakirə olunub.