"Biz Şuşanı əsarətdən çıxarıb xalqımıza qaytardıq. Şuşa qədim Azərbaycan şəhəridir. Həmişə belə olub. Düşmən nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, görkəmini dəyişdirə bilməyib. Bəli, evlər, tarixi abidələr, məscidlər sökülüb. Bir neçə çirkin bina tikilib. Faktiki olaraq burada heç bir tikinti aparılmamışdır. Ancaq sovet vaxtından qalan xuruşovkalar qalmışdı. Onlarda da 2 minə yaxın hərbçilər və onların ailələri yaşayırdı. Əgər bura erməni şəhəri idisə, niyə ermənilər gəlib burada yaşamadılar? Çünki ermənilərin tarixi yoxdur burada. Erməni şəhəridirsə, niyə belə bərbad günə qoyublar, talayıblar Şuşanı?
Unikal.org xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.