Lüksemburq xarici işlər naziri Jan Asselborn ilk dəfə deyil ki, Azərbaycan ilə bağlı qərəzli, tamamilə əsassız və bölgədə sülh və sabitliyin təmin olunmasına xidmət etməyən bəyanatlarla çıxış edir.
Bu barədə Unikal.org-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Lüksemburq Parlamentinin üzvünün suallarına cavabında Jan Asselbornun erməni propaqandasının tezislərini təkrarladığı diqqətdən yayınmır.
Yaxşı olardı ki, Lüksemburq xarici işlər naziri digər bölgələrdəki vəziyyətlə bağlı açıqlama vermədən öncə təmsil etdiyi ölkənin etibarlılığına xələl gətirməmək adına ən azı mövcud həqiqətlərlə tanış olsun.