Yaponiya səfiri Vada Cüniçi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib.

Unikal.org xəbər verir ki, Yaponiya səfiri Vada Cüniçinin təbrik mesajında deyilir:

“Novruz bayramınız mübarək!

“Yeni gün” özü ilə yeni ümidlər, yeni arzular gətirir. Baharın gəlişi, təbiətin oyanması kimi gözəl prosesin Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə təntənəli şəkildə qeyd olunması və hətta Novruzun UNESKO-nun Qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edilməsi çox sevindirici haldır. Bu gün, yəni 21 mart tarixi Yaponiyada da yazın gəlişi ilə gecə və gündüzün bərabərliyi kimi qeyd olunur. Biz yaponlar da yazı çox sevir, gözəl sakura çiçəklərinin mənzərəsini, yeni həyatın başlanğıcını böyük sevinc hissi ilə qarşılayırıq.

Bu bahardan və Novruzdan arzum, hər birinizin evinə ruzi-bərəkət, hər iki ölkə üçün yeni uğurlu başlanğıclar, sülh və əmin-amanlıq gətirməsidir!”


Əziz izləyicilərimiz, Səfir Vada Cüniçinin sizə təbrik mesajı var: 🌱“Novruz bayramınız mübarək! Novruz; “yeni gün”...

Posted by Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi 在アゼルバイジャン日本国大使館 on 20 Mart 2021, Şənbə