Finlandiya ölkəsinə məxsus Kotisaari Adası dünyanın ən gözəl adalar siyahısında daxil olub.  

Unikal.org xəbər verir ki,  indiyə kimi ağacların kəsimi üçün istifadə edilən adada həyat tərzi və təbiətin əsrarəngiz gözəlliyi dünya mediasında gündəm yaradıb.  Belə ki, filandiyalı fotoqraf Jani Ylinampa tərəfindən çəkilən fotolarda adada insanların yaşadığı məlum olub.  

Yalnız 9 sakini olan adada 3 ev mövcuddur.  İnsanlar balıq ovlamaqla və adada bitən təbii bitkilərlə gündəlik həyat tərzlərini yaşayırlar. Fotoqraf tam bir il ərzində adanı müxtəlif fəsillərdə obyektə alaraq, Finland mətbuatına göndərib.  Bundan sonra ada dünyanın ən gözəl adalar siyahısında daxil olub.