Böyük Britaniya Çinə qarşı sanksiya tətbiq edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə krallığın XİN başçısı Dominik Raab məlumat verib.
O bildirib ki, Çinin Sincan-Uyğur muxtar bölgəsində kütləvi insan haqları pozuntuları mövcuddur. Sanksiyalar 4 yüksək vəzifəli Çin məmurunu və 1 qurumu əhatə edib.
Qeyd edək ki, analoji sanksiyalar Avropa Birliyi tərəfindən də tətbiq edilib.