Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv dövlətlərin liderlərinin qeyri-formal görüşü videokonfrans formatında baş tutacaq.
Unikal.org-un xəbərinə görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.
“Epidemioloji vəziyyətlə əlaqədar Qazaxıstan tərəfi martın 31-də Türküstan şəhərində keçirilməsi nəzərdə tutulan Türk Şurasının qeyri-formal sammitinin videokonfrans formatında keçirilməsinə qərar verib. Türk Şurasının Baş Katibliyi bununla bağlı məlumatlandırılıb”, - deyə mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd olunub ki, videokonfrans formatında keçiriləcək görüşdə Şuraya üzv ölkələrin dövlət başçıları, həmçinin təşkilatda müşahidəçi statusuna malik olan Macarıstanın Baş naziri Viktor Orban da iştirak edəcək.