Yaponiyanın mərkəzi hissəsindəki Naqano prefekturasında baş verən helikopter qəzası nəticəsində azı altı nəfər müxtəlif xəsarətlər alıb.

Unikal.org xəbər verir ki, bu barədə NHK telekanalı bildirib.

Qeyd edilir ki, pilot da daxil olmaqla, zərərçəkənlərdən dördünə omba və onurğa sınıqları kimi ağır zədə diaqnozları qoyulub.

Yaponiyanın Nəqliyyat Təhlükəsizliyinə Nəzarət üzrə Komitəsi fakt üzrə yoxlamaya başlayıb.

Daha əvvəl “Kyodo” agentliyi bildirib ki, helikopter qəzası nəticəsində yalnız pilot xəsarət alıb.