Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1429 yeni yoluxma faktı qeydə alınıb, 548 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Unikal.org-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 250921 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 234382 nəfər müalicə olunaraq sağalıb, 3421 nəfər vəfat edib, aktiv xəstə sayı 13118 nəfərdir.