Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

Unikal.org xəbər verir ki, hadisə axşam saatlarında Müslüm Maqomayev küçəsində baş verib.

“Ford” markalı yük daşıyan mikroavtobus yolu keçmək istəyən, şəhər sakini 1977-ci il təvəllüdlü  Məmmədova Zemfira Məmməd qızını vurub. 

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.