ABŞ-da son sutka ərzində daha 62 062 nəfər koronavirusa yoluxub, 741 pasiyent dünyasını dəyişib.

Unikal.org xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilib ki, ABŞ-da epidemiyanın başlanğıcından bəri 30,2 milyondan çox yoluxma halı aşkar edilib. Pandemiya qurbanlarının sayı 548 828 nəfəri keçib.