Türkiyənin Marmara ərazisində dəhşətli cinayət hadisəsi olub.

Unikal.org xəbər verir ki, iki uşaq atası olan Kemal K. adlı şəxs  qısqanclıq zəmnində sevgilsini qətlə yetirib.  Bundan sonra o,  qadının cəsədini bağlarında basdırıb.  Töürətdiyi cinayətdən bir müddət sonra peşman olan Kemal qadının cəsədini çıxartmaq üçün dostundan yardım istəyib. Bundan sonra həmin şəxs polisə müraciət edib.  Kemal hadisə yerindəcə saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.