Əməkdar artist Tünzalə Əliyeva “Onun sirri” proqramına qonaq olub.
Unikal.org xəbər verir ki, o, proqram boyunca həyatı ilə bağlı bir sıra açıqlamalar verib. Aktrisa toyu günü dayısının vəfat etməsindən danışıb:
“Toyumdan bir neçə gün əvvəl xəbər yayıldı ki, məclis olmayacaq. Bilmədim niyə. Toy günü zala gedəndə paltarım cırıldı. Mənim xəbərim olmayıb. Bilmədən toy etmişəm. Dayım rayonda idi, toya gəlməmişdi. Mənim evimdə “Vağzalı” çalınanda, o evdən dayımın cənazəsi çıxırmış. Toy günü səhər dünyasını dəyişib, mənə deməyiblər. Məclis bitib evə gələndə dedilər”.