Rok-n-rollun kralı Elvis Presliyə məxsus gitara martın 27-də Amerikada hərraca çıxarılıb.
Unikal.org xəbər verir ki, 1968-ci ildə hazırlanan "Hagström Viking II" musiqi aləti amerikalı vətəndaşa 500 min dollara (təxminən 850 min manat) satılıb.
Qeyd edək ki, Elvisin "Martin D-1" gitarası ötən il Amerikada keçirilən hərracda 1,32 milyon dollara (təxminən 1 milyon 755 min manat) satılmışdı.