Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Məhəmmədcavad Zəriflə görüşüb.
Unikal.org xəbər verir ki, görüş Tacikistanın paytaxtı Düşənbədə “Asiyanın Ürəyi” konfransı çərçivəsində baş tutub.
Görüş əsnasında tərəflər Qafqaz regionundakı son prosesləri, iki ölkənin Xəzər dənizindəki əməkdaşlığını, siyasi və iqtisadi maraq doğuran digər məsələləri müzakirə ediblər.