Avstriya Rusiyadan 1 milyon doza həcmində koronavirusa qarşı "Sputnik V" vaksini almaq barədə qərar verib.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Rusiya XİN mətuat xidmətinin rəhbəri Mariya Zaxarova Avstriya hökumətinin bu qərarını şərh edib.

O qeyd edib ki, bununla Rusiyanın Qərb tərəfindən təcrid edilməsi siyasəti iflasa uğrayır.