Putin və Tramp bir saata yaxın danışıblar, digər məsələlərlə yanaşı, Ukraynanı da müzakirə ediblər.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Tramp yenidən hərbi əməliyyatların tezliklə dayandırılması məsələsini gündəmə gətirib. Putin qeyd edib ki, münaqişənin siyasi danışıqlar yolu ilə həlli axtarışları davam edir.

Putin Trampa bildirib ki, Rusiya öz qarşısına qoyduğu məqsədlərinə çatacaq və onlardan geri çəkilməyəcək

“Ümumiyyətlə, bu iki lider arasında söhbət, həmişə olduğu kimi, eyni dalğada və səmimi, işgüzar və konkret olub. Prezidentlər, təbii ki, ünsiyyətlərini davam etdirəcəklər. Belə bir razılaşma var”, - Kreml rəsmisi vurğulayıb.

XXX

19:23

Hazırda Putin və Tramp arasında telefon danışığı gedir.

"Unikal" xəbər verir ki, bu barədə  Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, söhbətdən sonra Kreml brifinq keçirməyi planlaşdırır.

XXX

17:33

Rusiya prezidenti Vladimir Putin bu gün ABŞ lideri Donald Trampla telefon danışığı aparmağı planlaşdırdığını bildirib.

"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

"Bu gün mən ABŞ prezidenti ilə danışacağam və ona mütləq təklif edəcəyəm ki, bu materialdan onu Amerika bazarında tanıtmaq üçün istifadə etsin", - deyə o, Rusiya brendlərinin sərgisinə baxarkən deyib.

Ağarza Elçinoğlu