Bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videoformat şəklində qeyri-rəsmi Zirvə toplantısı keçiriləcək.
Unikal.org xəbər verir ki, görüş saat 15:00-da başlanacaq.
Məlumata görə, zirvədə Qazaxıstanın birinci prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistanın dövlət başçıları və Macarıstanın baş naziri iştirak edəcək.
Xatırladaq ki, daha öncə Zirvə toplantısının Qazaxıstanın Türküstan şəhərində keçirilməsi planlaşdırılırdı. Lakin COVID-19 pandemiyasının yaratdığı mürəkkəb epidemioloji vəziyyətlə bağlı görüşün videoformat şəklində keçirilməsinə qərar verilib.