“Siz dəyərli qardaşlarımı iyun ayında təşkil edəcəyimiz Antalya Diplomatiya forumuna xüsusilə dəvət edirəm”.
Unikal.org xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurası liderlərinin qeyri-formal görüşündə çıxışı zamanı bildirib.
“Forumumuz qlobal və regional məsələlər haqqında səmimi və hərtərəfli fikir mübadiləsi aparılmasına töhfə verəcəkdir. Hər birinizin iştirakından böyük məmnunluq duyacağıq”, - deyə Ərdoğan bildirib.
Türk Şurası liderlərinin qeyri-formal görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.