Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya və Belarusa edilən təzyiqlərdən danışıb.
Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Lukaşenko təzyiqlərin xarici dairələrdən qaynaqlandığını söyləyib.
"Biz indi ittifaq dövləti çərçivəsində xarici siyasi təzyiqlərə qarşı mövqelərimizi konsolidasiya etməliyik və effektiv reaksiya vermək üçün birlik nümayiş etdirməliyik", - deyə Lukaşenko bəyan edib.