Ermənistanda 20 iyun tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində partiyaların proporsional seçki siyahıları müzakirə edilir.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, "Hraparak" qəzeti Nikol Paşinyanın "Mənim addımım" blokunun seçki siyahısından kilid isimləri açıqlayıb.

Qəzet yazır ki, proporsional seçkilər üzrə partiyanın namizədlər siyahısını Nikol Paşinyan şəxsən tərtib edib və siyahıya o liderlik edir. Namizədlərin seçimində və siyahıdakı sıralamada Paşinyanla fikir ayrılıqları olsa da, siyahıda ikinci yeri Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan tutur. Bildirilir ki, Paşinyan siyasi qüvvənin seçkilərdə toplayacağı səsi təxmin edərək qazanılacaq mandatların sayına uyğun olaraq ilk yerlərə sırf yaxın kadrların adını qeyd edib.

Siyahıda Paşinyanın ingilis dili müəlliməsi və parlament fraksiyasının rəhbəri olan qadın namizəd Lilit Makunts və baş nazirə yaxın kadr kimi tanınan Ruben Rubinyan da ilk sıralardadır.