Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Donbasdakı gərginlik barədə danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov Qərbin Ukraynaya açıq hərbi dəstək ehtimallarını dəyərləndirib.

"Şübhəsiz ki, bu, regionda gərginliyi daha da artıracaq. Belə olan halda Rusiya təhlükəsizliyini təmin etmək üçün işlər görməli olacaq. Yəni ABŞ və NATO Ukraynaya dəstək versə, Rusiya əlavə tədbirlər görməyə məcbur qalacaq", - deyə sözçü bəyan edib.