Misirdə 22 fironun mumiyasının Milli Misir Mədəniyyəti Muzeyinə aparılma münasibətilə parad təşkil olunub.

Unikal.org xəbər verir ki, mərasim misirlilərlə yanaşı, dünyanın bir çox ölkəsindən olan insanların da böyük marağına səbəb olub.

"Fironların qızıl paradı" adlanan və dünyanın 400-ə yaxın telekanalı tərəfindən canlı yayımlanan mərasimdə tabutlar kahin libasında olan aktyorların müşayiəti ilə Misir ənənələrinə uyğun dizayn edilmiş nəqliyyat vasitələrində 5 kilometrə qədər aparılıb. Mumiyalar ölkənin paytaxtında yerləşən Misir muzeyindən Milli Misir Mədəniyyəti Muzeyinə daşınıb. Parad 40 dəqiqə davam edib.

Muzeyin bu gündən etibarən ziyarətçilər üçün açıq olacağı bildirilib.