Dünyada koronavirusa yoluxanların sayı 510 mindən çox artıb.

Unikal.org "TASS"a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında bildirilib.

Məlumata görə, ötən sutkada 510 365 nəfər koronavirusa yoluxub, 10 173 pasiyent dünyasını dəyişib. Virusa yoluxanların ümumi sayı 130 422 190, ölənlərin isə 2 842 135 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.