Türkiyə ordusu İraqın şimalında daha 2 PKK terrorçusunu zərərsizləşdirib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi bu barədə sosial şəbəkə hesabında məlumat verib.

Bildirilib ki, İraqın şimalındakı Zap bölgəsində daha 2 PKK terrorçusu məhv edilərək zərərsizləşdirilib.