Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sərəncama əsasən, Erkan Özoral Azərbaycan ilə Türkiyə arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev bu gün səfir Erkan Özoralı qəbul edərək ona “Dostluq” ordenini təqdim edib.