İngiltərədəki Baily Huzur Evində qalan Mary adlı yaşlı qadın koronavirus səbəbiylə həyat yoldaşından ayrı düşüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 90 yaşlı cütlük aylar sonra bir-birinə qovuşub. Hər ikisi koronavirusa yoluxduqdan sonra ayrı-ayrı xəstəxanalarda müalicə alan cütlüyün göruşmə anı kamerlara əks olunub.
Görüntülər sosial mediada izləmə rekordu qırıb.