Qazax rayon İcra hakimiyyətində (RİH) yeni təyinatlar olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, RİH-nin başçısı Rəcəb Babaşovun əmri ilə, Çobanov Samir Natik oğlu Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, Xəlilli Məhəmməd Məhərrəm oğlu həmin şöbənin böyük məsləhətçisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, S.Çobanov Vətən Müharibəsi qazisi və ehtiyatda olan kapitan, M.Xəlilli isə Vətən Müharibəsi iştirakçısıdır.

Murad İbrahimli