Keçmiş millət vəkili Hüseynbala Mirələmov YAP üzvlüyündən xaric edilib.

Unikal.org-un məlumatına görə, o, tutduğu vəzifədən azad edilib. O,  YAP Veteranlar Şurasının üzvlüyündən də çıxarılıb.

Qeyd edək ki, Hüseynbala Mirələmovun əxlaqsız hərəkət etdiyi görüntülər sosial şəbəkələrdə yayılmışdı.

***

15:02

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası başlayıb.

Unikal.org-un xəbərinə görə, toplantının gündəliyinə 2 məsələ daxil edilib.

İclasda Milli Məclisdə çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşdiriləcək və YAP-ın Xətai rayon təşkilatının sədri, YAP Veteranlar Şurasının üzvü Hüseynbala Mirələmovun sosial şəbəkələrdə yayılan videogörüntüdə qeyri-etika hərəkətlərinə qiymət veriləcək.