Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin iclası keçirilib.

Unikal.org xəbər verir ki, iclasda Milli Məclisdə çoxluq təşkil edən YAP-ın Mərkəzi Seçki Komissiyası (MSK) üzvlüyünə namizədləri müəyyənləşib.

Onlar Məzahir Pənahov, Rövzət Qasımov, Hüseyn Paşayev, Şaitdin Əliyev, Ramiz İbrahimov, Validə Kazımovadır.

Qeyd edək ki, bu ay MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılır. Komissiya ənənəvi qaydada 18 nəfərdən ibarət olacaq. Milli Məclis aprelin 27-də bu məsələni plenar iclasda müzakirəyə çıxaracaq.