İsveçrə federal məhkəməsi FİFA prezidenti Canni İnfantinonun tələbi təmin edib.
Unikal.org-un məlumatına görə, İnfantinonun sabiq federal prokuror Maykl Lauberlə birlikdə yol verdiyi qanunsuzluqları araşdıran Stefan Keller istintaqdan uzaqlaşdırılıb.
Xüsusi təyin olunan prokurorun bu məsələdən kənarlaşdırılması ilə bağlı açıqlamada Kellerin 2020 və 2021-ci ildəki şərhlərinin obyektiv təqdim olunmaması göstərilib.
Qeyd edək ki, Keller FİFA-dakı korrupsiya ilə bağlı istintaq zamanı İnfantino və Lauberin görüşlərində cinayət xarakteri müşahidə etdiksən sonra araşdırmalara başlayıb. Lauber öz ifadəsində İnfantino ilə görüşünü gizlədib və yalan məlumatlar verib.