Səfər Əbiyev geri çəkildi
18:11 02-02-2013
SİYASƏT
Səfər Əbiyev geri çəkildi
Müdafiə naziri özünümüdafiə kampaniyasının əleyhinə işləməsindən narahat olub
Məlum olduğu kimi, son zamanlar müdafiə naziri Səfər Əbiyev və müavini Nəcməddin Sadıqovun istefa tələbi ilə keçmiş hərbçilər arasında başlanan imzatoplama kampaniyası böyük əks-sədaya səbəb olub.
Qeyd edək ki, ordu rəhbərliyinin istefasını tələb edənlər Azərbaycan ordusunda əsgərlərin döyülərək öldürülməsinin ənənəyə çevrilməsini, ozbaşınalıq, işgəncə hallarının olmasını əsas gətiriblər.
Buna cavab olaraq isə Müdafiə Nazirliyi ordu zabitləri arasında imza kampaniyasına başlayıb. Nazirliyin bununla bağlı açıqlamasında ordu rəhbərliyini müdafiə edən bəyanata 10 mindən artıq hərbçimizin imza atdığı qeyd olunur.
Maraqlıdır görəsən, Müdafiə Nazirliyi bununla nəyə nail olmaq istəyir? Bəzi müşahidəçilər hesab edir ki, bununla Səfər Əbiyev ordu daxilində ona etimadın olması görüntüsünü yaratmaq istəyir. Ancaq bu keçərli deyil. Ordu zabitləri "yuxarıdan" gələn əmri necə dərhal icra edirlərsə, bu bəyanatı da yəqin ki, oxumadan imzalaya bilərlər.
Bəlkə də ola bilsin ki, ümumiyyətlə imzatoplama kampaniyası aparılmayıb. Sadəcə zabitlərin adından mətbuata bəyanat yayırlar.
Dünənsə məlum olub ki, Səfər Əbiyev özünümüdafiə kampaniyasını dayandırmaq göstərişi verib. Hətta YAP funksioneri Siyavuş Novruzovun da həmin kampaniyanı təqdim etməsi və əksər KİV-lərdə "bəyanat şousu"nun ifşa edilməsindən sonra müdafiə naziri geri addım atıb. O, məlum kampaniyanın əleyhinə işləməsindən və ordunu siyasiləşdirdiyi yönündə ittihamlardan narahat olaraq kampaniyanın dayandırılmasını istəyib.
Məlumat redaksiyamıza gec daxil olduğundan onu Müdafiə Nazirliyi ilə dəqiqləşdirmək mümkün olmadı.
Azər Aslan
Digər Xəbərlər
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53
2024-12-23 19:20:00
2024-12-23 17:04:32
2024-12-23 16:48:00
2024-12-23 16:35:46
2024-12-23 15:20:16
2024-12-23 14:02:12
2024-12-23 13:46:00
2024-12-23 11:05:03
2024-12-23 10:35:27
2024-12-23 09:02:41
2024-12-21 10:20:29
2024-12-20 22:41:09
2024-12-20 20:40:40
2024-12-20 20:16:32
2024-12-20 18:59:55
2024-12-20 18:53:55