Rusiya prezidenti Vladimir Putin ilə Ermənistan baş naziri əvəzi Nikol Paşinyan arasında telefon söhbəti keçirilib.

Unikal.org xəbər verir ki, Kremlin mətbuat xidmətinin bu barədə verdiyi açıqlamada bildirilir:

“Dağlıq Qarabağ ətrafındakı vəziyyətə dair müzakirələr davam etdirilib. Ermənistan – Azərbaycan sərhədindəki son hadisəyə dair fikir mübadiləsi zamanı prezident Vladimir Putin Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və cari il 11 yanvar tarixli bəyanatlarının bütün müddəalarını dəqiq icra etməyin vacibliyini vurğulayıb”.