Şimaldan soyuq küləklər gəlir?
12:49 05-02-2013
CƏMİYYƏT
Şimaldan soyuq küləklər gəlir?
Ölkədə vəziyyət get-gedə gərginləşir. Və bu gərginləşmə Qəbələ RLS-in Rusiya tərəfindən istismarı barədə Azərbaycan-Rusiya danışıqlarının məlum nəticəsindən sonra başlanıb.
Amma bundan da öncə Rusiyanın yeni və köhnə prezidenti Vladimir Putin Azərbaycanı Avrasiya ittifaqına qatma üçün dəridən-qabıqdan çıxmağa başlamışdı. Prezident İlham Əliyev isə bu təkidli təkliflərdən hər dəfə haqlı olaraq yayınır.
Oxucunun yadına onu da salaq ki, Qəbələ RLS-lə bağlı elə bu danışıqların getdiyi ərəfədə Azərbaycvanda dəfələrlə terror aktı törrədərək günahsız insanlaın ölümünə bais oluş və Ermənistanın xüsusi xidmət orqanları ilə işbirliyi konkret faktlarla sübut edilmiş "Sadval" millətçi təşkilatı Moskvada bərpa konfransı keçirtdi və həmin tədbirdə Rusiyanın yüksəkrütbəli dövlət məmurları da iştirak edirdilər. Konfransda səslənən fikirlərdən biri isə bu idi ki, Azərbaycan ərazisində yaşayan ləzgilərin də qatılacağı vahid Ləzgistan yaratmaq (təbii ki, Rusiyanın tərkibində!) əsas hədəflərdən biridir.
Bundan sonra Rusiyada yaşayan milyarder soydaşlarımız gözlənilmədən Milyarderlər İttifaqı yaratdılar və Azərbaycanın daxili durumu barədə fikirlər səsləndirməyə başladılar.
Rusiyada minlərlə qeyri-hökumət təşkilatı var və onlardan bir neçəsinin təsisçiləri soydaşlarımızdır. Amma bu QHT-lərin heç biri Azərbaycanın daxili işləri barədə bu cür fikirlər səsləndirməyib.
Mənbə və hədəf bəllidir…
Bundan sonar isə, daha doğrusu, bu yaxınlarda bu ittifaqın üzvü Ramazan Abdulatipov Dağıstana rəhbər göndərildi. Bu təyinat da Azərbaycan politolqlarının diqqətindən yayınmadı və onlar yaxınlaşmaqda olan təhlükədən danışmağa başladılar.
Və sonra Azərbayacanın rayonlarında sosial tələblərlə etiraz aksiyaları başlandı… Ən təəccüblüsü bu idi ki, bu aksiyalar sanki əvvəlcədən tərtib edilmiş konkret qrafik üzrə baş verirdi.
İndilikdə isə ölkəni qarışdıran daha bir "qaşıq" - Əkrəm Əylisli peyda olub...
Bu qısa icmaldan da göründüyü kimi, hadisələr o qədər də sadə ssenari üzrə inkişaf etmir.
Tanınmış politoloq Qabil Hüseynli də bu vəziyyətdən narahat olaraq dünən bildirib ki, "Bakıdakı rus agenturasına "hazırlıq vəziyyəti" elan edilib. Mən bilirəm ki, Rusiyanın Azərbaycandakı agentura şəbəkəsinə bir nömrəli "hazırlıq vəziyyəti" elan edilib. Onlar da kifayət qədər çoxdurlar".
Rusiyanın Azərbaycanla bağlı siyasətinə aydınlıq gətirən politoloqun fikrincə, şimal qonşumuzun agentura şəbəkəsi ölkəmizdə fəaliyyətini gücləndirib.
"Bunlar SSRİ dönəmindən qalma, Rusiyada ələ keçirilib Azərbaycana göndərilmiş şəxslərdir. Bunlar içində azərbaycanlılar da yer alır. Ölkədə son zamanlar sabitliyin pozulması istiqamətində Rusiyanın xüsusi xidmət orqanlarının kifayət qədər rolu var"- deyə o vurğulayıb.
Politoloq Ərəstun Oruclunun "Unikal"a bildirdiyinə görə, "Azərbaycan cəmiyyətində Rusiya xofu yaratmaq birbaşa yuxarıların sifarişi ilə həyata keçirilir. Məqsəd də odur ki, cəmiyyətin diqqəti əsas problemlərdən yayınsın. Çünki artıq ölkədə siyasi böhran yetişmək üzrədir və bunun başqa adı yoxdur. Məgər Rusiya deyib ki, İlqar Məmmədovu əsasız ittihamlarla həbsə atın? Məgər Rusiya demişdi ki, nazirin bacısı oğlu İsmayıllı camaatını nalayiq sözlərlə söyüb təhqir etsin?"
Politoloqun sözlərinə görə, "İctimai rəyi bir daha kütləşdirmək üçün son günlər yeni bəhanə də ələ keçib - Əkrəm Əylislinin eybəcərcəsinə yazılmış zəif bir romanı gündəmə çıxarılıb. Bu roman dəyərsiz və şər motivlərə söykənən bir romandır. Amma bu faktdan istifadə edərək cəmiyyətdə isterika yaratmaq cəhdləri bağışlanmazdır. Təsəvvür edin ki, Milli Məclisin vitse-spikeri və kopmitə sədri səviyyəsində romana və yazıçının şəxsiyətinə münasibət bildirilir. Hansısa universitetin rektoru Əkrəm Əylislinin qanını yoxlamağı təklif edir. Bu, artıq irqçilikdir".
Politoloq hesab edir ki, "Bir neçə dövlətin Azərbaycanda ciddi şəkildə maraqları var və onlardan biri də Rusiyadır. Amma hesab edirəm ki, son günlərdə ölkədə baş verən biabırçı hadisələrin Rusiya amili ilə heç bir bağlılığı yoxdur".
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00