Almaniyada yaşayan türk vətəndaşları yenidən şiddətə məruz qalıb.
Unikal.org xəbər verir ki, xəstəxanaya tələsən cütlük yol qaydalarını pozuqlarına görə polis tərəfindən saxlanılıb. Belə ki, polisin əmrinə tabe olmayan türklərlə polis arasında mübahisə yaşanıb. Daha sonra polis vətəndaşları yerə yıxaraq onlara şiddət göstərib.
Həmin anlar anbaan kameralara əks olunub. Cütlük hadisədən sonra onlara şiddət tətbiq edən polisləri məhkəməyə verib.