Xəbər verdiyimiz kimi, Ermənistan prezident Armen Sarkisyanın Rusiya səfər edib.
Unikal.org xəbər verir ki, erməni mətbuatı Armenin bu səfərini tənqid edib.
Belə ki, yerli media 6 gün Rusiyada işgüzar səfərdə olan Sarkisyanın rəsmi şəxslər tərəfindən qəbul edilməməsini müəmmalı məqam kimi qiymətləndirib.
“Ermənistan prezidenti Rusiyaya səfəri zamanı hansısa bir rus məmurla görüşə bilərdi. Amma kimsə ilə görüşmədi, qarşı tərəf də ölkəmizdə hazırkı vəziyyətlə maraqlanmadı" - deyə erməni KİV-ləri yazıb.
İddia olunur ki, Armen Sarkisyan Rusiyada elə də xoş qarşılanmayıb. Hətta Rusiya rəsmiləri onunla görüşə maraqlı olmadıqlarını gizlətməyiblər. Bu səbəbdən Sarkisyan 6 günlük Rusiya səfərindən əliboş qayıdıb.