Rusiyanın paytaxtı  Moskvada son 124 ilin ən yüksək temperaturu qeydə alınıb.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Federal Meteoroloji Mərkəzinin mütəxəssisi Roman Vilfand deyib. Meteoroloji stansiyanın saat 12:00-da 29,2 dərəcə istiliyi qeyd etdiyini bildirən Vilfand, Moskvada qeyd olunan hava istiliyinin son 124 ilin ən yüksək temperaturu rekordunu qırdığını açıqlayıb.