Türkiyə Silahlı Qüvvələrinin Diyarbəkirdə yerləşən aviasiya təyinatlı hərbi hissəsinə terrorçular tərəfindən hücum olub.
Unikal.org haberler.com-a istinadən xəbər verir ki, mayın 19-da Türkiyə vaxtilə saat 00.30-da oyuncaq təyyarələrlə həyata keçirilən hücum cəhdinin qarşısı hərbçilərin sayıqlığı nəticəsində alınıb.
Türkiyə Milli Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi məlumatı təsdiqləyib. Bildirilib ki, oyuncaq təyyarələrin vurularaq zərərsizləşdirilməsi sayəsində hücum cəhdinin qarşısı qətiyyətlə alınıb.
Hadisə nəticəsində dağıntı və tələfat baş verməyib.