"Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçki kampaniyasının aktiv mərhələsinin başlanğıcındadır. Buna görə də onun Azərbaycanla sərhəddəki vəziyyətlə bağlı KTMT-yə müraciəti tamamilə siyasi qərardır".
Unikal.org xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.
Paşinyanın sərhəd məsələlərini siyasiləşdirdiyini söyləyən Korotçenko qeyd edib ki, o, bir tərəfdən Ermənistan sərhədlərini qoruduğunu nümayiş etdirmək istəyir, digər tərəfdən isə ona fəal şəkildə hücum edən siyasi rəqiblərinin əlindəki "kozırları" dağıdır.
Korotçenko xatırladıb ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra Qarabağla bağlı üçtərəfli bəyanatda nəzərdə tutulan vacib məsələlərdən biri sərhədlərin müəyyənləşdirilməsidir.