İsrailin hava hücumları zamanı Qəzzada travma müalicəsi görən 11 fələstinli uşaq evlərində öldürülüb.
Unikal.org xəbər verir ki, Norveç Qaçqınlar Şurasının (NRC) məlumatına görə, İsrailin hava hücumlarında Qəzzada 60-dan çox uşaq ölüb və bu uşaqlardan 11-i travmadan müalicə alan 5 ilə 15 yaş arasındakı uşaqlar olub.
Norveç Qaçqınlar Şurasından yardım alan uşaqların ölümü qurumun rəsmi saytında qeyd olunub.