Belarusun Baranoviçi şəhərində hərbi təyyarə qəzaya uğrayıb.

Unikal.org xəbər verir ki, qəza nəticəsində pilot həlak olub.

Qeyd olunur ki, təyyarə hadisə zamanı fərdi evə çırpılıb. Qəza ilə bağlı araşdırma aparılır.