Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan Azərbaycanla danışıqlar barədə imzalana biləcək sənədin olduğu haqda məlumatı təsdiqləyib.

Unikal.org “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, bu barədə hökumət iclasında açıqlama verib. Paşinyan sənədin Azərbaycanın razılaşacağı təqdirdə imzalanacağını bildirib.

O,  danışıqlar davam etdiyi üçün hələ ki, sənədlərin mətninin ictimailəşdirilməyəcəyini və sənədin Ermənistanın maraqlarına uyğun olduğunu qeyd edib.