İlqar Məmmədov prezidentliyə namizəd oldu
10:15 06-02-2013
CƏMİYYƏT
İlqar Məmmədov prezidentliyə namizəd oldu
Üçüncü qüvvə olmaq uğrunda savaş başladı
Prezident seçkiləri yaxınlaşdıqca yeni maraqlı məqamlar ortaya çıxır. Bu günə qədər hələ ki, rəsmi şəkildə namizədliyini elan edən Müsavat başqanı İsa Qəmbərlə,Ümid partiyasının sədri İqbal Ağazadədir. Hər iki partiya sədri artıq bununla bağlı kompaniyaya da start veriblər.
Hakim düşərgəyə gəldikdə isə dəfələrlə YAP sədrinin müavini Əli Əhmədov bəyan edib ki, partiyalarının prezidentliyə namizədi hazırkı prezident İlham Əliyev olacaq. Amma hələ ki, bununla bağlı rəsmi qərar çıxarılmayıb və müşahidəçilər hesab edir ki, belə bir addım yəqin ki, mart ayında atılacaq. Bu arada aydın oldu ki, müxalifətdən prezidentliyə namizədlərin sayı daha da artacaq. Belə ki, KAXCP sədri Mirmahmud Mirəlioğluda bəyan edib ki, istənilən halda prezidentliyə namizəd olacaq. Onun fikrincə vahid namizəd məsələsi olsa belə yenədə iddiasından geri çəkilməyəcək. Onunla yanaşı hazırda ACP sədri Rəsul Quliyevdə prezidentliyə namizəd olmaq iddiasındadır və son bəyanatlarında bildirib ki, istənilən halda ölkəyə gələcək və prezident seçkilərində iştirak edəcək. İndi isə gözlənilmədən prezidentliyə bir müxalifətçi də namizəd oldu. Söhbət REAL-in sədri və hazırda həbsdə olan İlqar Məmmədovdur.Maraqlıdır, İlqar Məmmədovun namizədliyi nələrlə nəticələnəcək və hansı maraqlı nəticələr ortaya çıxa bilər? Öncəliklə bunu qeyd edək ki, İlqar Məmmədov gənc nəslə məxsus siyasilərdəndir və əsasən beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Ətrafında olan insanlarda əsasən gənclərdir və onlarda vətəndaş cəmiyyətində təmsil olunurlar. Bu baxımdan İlqar Məmmədovun prezidentliyə namizəd olması kifayət qədər maraqlı nəticələr yaradacaq. İlk növbədə ona görə ki, ənənəvi müxalifətdən fərqli olaraq İlqar Məmmədov daha açıq fikirli insandır və onun üçün hədəf tək hakimiyyət yox, həm də müxalifətin özüdür. Dəfələrlə bəyanatlarında istər Müsavat başqanı İsa Qəmbəri, istərsə də AXCP sədri Əli Kərimlini sərt şəkildə tənqid edib. Hesab etmək olar ki, bu seçkilər İlqar Məmmədov üçün bir məşq prosesi olacaq və daha böyük auditoriyaya çıxa biləcək. Amma sosial bazasının olmaması səbəbindən onun ən az səs toplayan namizəd olmasıda qaçılmazdır. Buna baxmayaraq ekspertlər hesab edir ki, İlqar Məmmədov müxalifətin səsini parçalaya biləcək. İlqar Məmmədovun prezidentliyə namizəd olması həm də vahid namizəd məsələsini bir dəfəlik sıradan çıxartdı. Çünki onun ətrafında yetərli qədər ictimai təşkilatlar var və onlarda sözsüz ki, İlqar Məmmədovun namizədliyini dəstəkləyəcək. Onun bu günlərdə İsmayıllı hadisələrinə görə həbs olunmasıda əslində İlqar Məmmədovun ictimailəşməsinə müsbət təsir göstərəcək. Bunu nəzərə alan tərəfdarlarıda onun namizədliyini məhz həbs olunmasından sonra bəyan etdilər. Əslində belə bir addım atmaqla həm də İlqar Məmmədov məsələsinin asanlıqla beynəlxalq təşkilatların müzakirəsinə çıxara biləcəklər. Bəs müxalifətin bu namizədliyə yanaşması necə olacaq? Ekspertlər bildirir ki, hazırkı ənənəvi müxalifət liderlərində ciddi bir qısqanclıq problemi var və gənc qüvvələrin meydana çıxmasını hər zaman əngəlləyiblər. Buna görə hesab edilir ki, İlqar Məmmədovunda namizədliyinə qısqanclıqla yanaşılacaq, hətta onu hakimiyyətlə işbirliyində belə ittiham edəcəklər. Amma başqa bir versiyada səsləndirilir ki, İlqar Məmmədovun namizədliyi verilir, daha sonra həbsdən azad olur və bundan sonra öz namizədliyini ənənəvi müxalifətdən olan namizədlərdən birinin xeyrinə geri çəkir. Amma İlqar Məmmədovun kifayət qədər iddialı olması səbəbindən bu o qədərdə inandırıcı deyil. Çünki o artıq böyük siyasətə keçid edir və çox böyük ehtimal ki, yaxın vaxtlarda REAL təşkilatını da siyasi partiya ilə əvəzləyəcək. Məqsəd isə bu seçkilərdə qələbə qazanmaq yox, bundan sonrakı seçkilərdə əsas qüvvəyə çevrilməkdir. Əslində bu gün cəmiyyət ənənəvi müxalifətdən kənarda durur və hər zaman üçüncü qüvvə ideyası ortada olub. Bu baxımdan İlqar Məmmədov prosesləri düzgün dəyərləndirə bilərsə üçüncü qüvvə rolunu oynaya bilər. Bunu da qeyd edək ki, hazırda hakimiyyətdən narazı olan elektorat eyni zamanda müxalifətdən də uzaqda durur və buna görə hesab etmək olar ki, İlqar Məmmədov bu sosial bazaya sahiblənə bilər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00