“Azərbaycanda QHT-lər var ki, milli maraqlara yox, xarici donorların maraqlarına xidmət edirlər”
10:48 07-02-2013
CƏMİYYƏT
“Azərbaycanda QHT-lər var ki, milli maraqlara yox, xarici donorların maraqlarına xidmət edirlər”
"Bu gün Azərbaycanda qanunvericiliyin verdiyi imkanlardan istifadə edərək bank hesabı olmayan, qeydiyyatdan keçməyən, hüquqi şəxs statusunda olan QHT-lər var. Onların hansı formada ianə alması, maliyyələşməsi bizim üçün qaranlıqdır, biz bunu qanunvericilik müstəvisində müzakirə etməliyik".Bunu Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay Quliyev deyib.
A. Quliyev bildirib ki, hazırda qanunvericiliyə əsasən qeydiyyatdan keçməyən, hüquqi statusda olmayan QHT-lərin fəaliyyət göstərməsinə imkan var: "Yəni hər hansı bir və yaxud bir neçə şəxs bir araya gələrək yalnız müvafiq icra hakimiyyətinə bildiriş təqdim etməklə qeydiyyatdan keçmədən fəaliyyət göstərə bilər. Hazırda belə təşkilatlar da var və qanun yol verdiyi üçün onlara hər hansı sanksiya tətbiq olunmur. Belə olan təqdirdə onların hansı formada maliyyələşməsi məsələsi də açıq qalır və biz bunu mütləq qanunvericilik müstəvisinə çıxararaq müzakirə etməliyik".
A. Quliyevin sözlərinə görə, Azərbaycanda QHT-lər var ki, ölkənin milli maraqlarına yox, işlədikləri xarici donorların maraqlarına xidmət edirlər, donorlarının sifarişlərini yerinə yetirirlər.
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00