İlham Əliyevə döş nişanı verildi
10:52 07-02-2013
CƏMİYYƏT
İlham Əliyevə döş nişanı verildi
Azərbaycan Prezidenti İlham Əliyev fevralın 6-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirak edən xarici ölkələrin nümayəndə heyətlərinin başçılarını qəbul edib.
Nümayəndə heyətlərinin başçılarını salamlayan dövlət başçısı xarici ölkələrin Həmkarlar İttifaqları nümayəndələrinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayında iştirakını ölkələrimizin müvafiq strukturları arasında mövcud olan yaxşı əməkdaşlığın göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə qonaqların təmsil etdikləri ölkələr arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Dövlətçiliyin möhkəmləndirilməsində, zəhmətkeşlərin hüquqlarının müdafiə olunmasında həmkarlar hərəkatının rolunu yüksək qiymətləndirən dövlətimizin başçısı milyonlarla insanı özündə birləşdirən həmkarlar ittifaqları arasında sıx əlaqələrin yaradılmasının önəmini qeyd etdi. Azərbaycandakı iqtisadi inkişafa toxunan Prezident İlham Əliyev son illər yeni iş yerlərinin açılması, işsizliyin aradan qaldırılması istiqamətində mühüm addımların atıldığını dedi və həmkarlar təşkilatlarının fəaliyyətinin daha da genişləndiyini vurğuladı.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının qurultayının yüksək səviyyədə təşkil olunduğunu vurğulayan Rusiya Federasiyası Ümumhəmkarlar İttifaqları Konfederasiyasının baş katibinin müavini Valeri Yuriyev ölkəmizdə həmkarlar hərəkatına göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.
Belarus Həmkarlar İttifaqları Federasiyasının sədri Leonid Kozik Belarus Prezidenti Aleksandr Lukaşenkonun salamlarını və Belarus xalqının ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Aleksandr Lukaşenkonun ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərini çox yüksək qiymətləndirdiyini dedi. Leonid Kozik Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini ehtiramla xatırladı. Son illər ölkəmizdə gedən sürətli iqtisadi inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyən qonaq həmkarlar hərəkatına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını ifadə etdi.
Dövlət başçısı Prezident Aleksandr Lukaşenkonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Belarus dövlətinin başçısına çatdırmağı xahiş etdi. Aleksandr Lukaşenkonun Azərbaycana və özünün Belarusa rəsmi səfərlərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq əlaqələrinin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd etdi.
Sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 20 illik yubiley döş nişanını Prezident İlham Əliyevə təqdim etdi.
Digər Xəbərlər
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00