Avropadan etiraflar gəlir: "Bizdə də insan hüquqları pozulur"
13:05 08-02-2013
CƏMİYYƏT
Avropadan etiraflar gəlir: "Bizdə də insan hüquqları pozulur"
Almaniyada kütləvi jurnalist ovu başladı
Almaniyada fevralın 6-da səhər tezdən azı 10 polis məmuru fotojurnalistlərin mənzil və ofislərinə soxulublar. Axtarışlar eyni vaxtda Berlində, Brandenburqda, Şimali Reyn-Vestfaliya federal torpağında, Hessendə və Baden-Vürtemberqdə aparılıb. Polislər bir neçə kompüteri, texniki avadanlıqları, fototexnikanı, Fraybuqrda isə hətta jurnalistlərə məxsus mobil telefonu və dəftərxana ləvazimatlarını da müsadirə edərək özləri ilə aparıblar.
Polisin bu əməlləri qanunazidd olub. Axtarış orderində yazılanlara əsasən fotojurnalistlər hətta adicə xırda cinayət əməlində də şübhəli və ya ittiham olunan şəxslər olmayıblar. Frankfurtun prokuroru isə 31 mart, 2012-ci ildə Frankfurtda keçirilmiş etiraz aksiyasının iştirakçılarına qarşı hər hansı cinayət əməlinin dəlil-sübutunu tapmağa ümid bəsləyir.
Fevralın 6-da Blokupay Frankfurt Hərəkatının (Almaniya) rəhbərliyi "İnsan haqları uğrunda" İctimai Birliyə (Azərbaycan) müraciət edərək ondan Almaniyada insan haqlarının kütləvi şəkildə pozulması məsələsinə müdaxilə etməyi və buna münasibət bildirməyi xahiş edib.
Müraciətdə deyilir ki, Almaniya polis əməkdaşları ötən il Frankfurt şəhərində keçirilmiş etiraz aksiyalarını işıqlandıran alman jurnalistlərinin mənzil və ofislərinə soxularaq orada kütləvi axtarışlar aparıblar.
"İnsan haqları uğrunda" İctimai Birlik öz növbəsində bəyan edir ki, Almaniyada insan haqlarının pozulmasına dair yeni faktlardan narahatlığını bildirərək bəyan edib ki, "Bu axtarışlar mətbuat azadlığına və bütövlükdə fundamental demokratik hüquqlara olan hücumdur. Görünür, prokuror polisin bu addımına icazə verib. Polisin bu addımı isə qanunun pozulması və sosial etirazlar barədə məlumatlar yayan peşəkarların təqib edilməsidir. Blokupay Frankfurt hərəkatı fəalı Martin Sommerin sözlərinə görə, "Şübhəli şəxslərin bütün ölkə miqyasında axtarılması öz-özlüyündə böyük qalmaqaldır. Jurnalistlərin qorxudulması və onların fəaliyyətinə əngəl yaradılması demokratik cəmiyyətin sütunlarının sarsıdılmasıdır".
Biz "Unikal" olaraq Sülh və Demokratiya İnstitunun direktoru Leyla Yunusa müraciət edərək Almaniyada baş verənləri şərh etməyini xahiş edəndə xanım Yunus möhkəm əsəbiləşdi: "Mən daha ciddi işlərlə məşğulam və belə xırda məsələləri şərh etməyə həvəsim və vaxtım yoxdur".
Biz sakitcə (və Leyla xanımı da sakit tonda danışmağa dəvət edərək) sualımızı təkrar edəndə xanım Yunus bizi ittiham etməyə başladı: "Niyə Hilal Məmmədovdan yazmırsınız, Tofiq Yaqubludan yazmırsınız, İlqar Məmmədovdan yazmırsınız?"
Telefon söhbətinin sonunda sakit tonda xanım Yunusa can sağlamlığı və uğurlar diləyib ... düşünməyə başladıq:
1)Xanım Yunusun ölkə mətbuatından və o cümlədən "Unkial" qəzetində dərc edilən materiallardan xəbəri varmı?
2)Jurnalistin nədən yazacağını və nə barədə düşünəcəyini kim müəyyən etməlidir?
3)Bəlkə, xanım Yunus Eynulla Fətullayevin adını eşitdiyinə görə o cür möhkəm əsəbiləşdi?
Və nəhayət, 4) Avropalılar müqəddəs səmadan "insan haqları" adlı zənbilin içində yerüzünə eniblər? Ora hüquq cənnətidir?
Hüquq müdafiəçisi Səadət Bənənyarlı "Unikal"a bildirdi ki, "Avropada da insan hüquqları tez-tez pozulur və bunu təsdiqləyən onlarla, yüzlərlə fakt misal gətirə bilərəm. Avropaya müsəlman ölkələrindən mühacirət etmiş müsəlmanlara qarşı dövlət qurumları tərəfindən dəfələrlə qeyri-qanuni, bəzən də qeyri-insani hərəkətlərə yol verilib və bu faktlar dünya mediasında işıqlandırılıb".
Səadət Bənənyarlının fikrincə, "Bununla belə, Avropa ilə Azərbaycanın əsas fərqi ondadır ki, orada insanların hüquqları pozulanda məhkəmələrə müraciət edərək maddi və mənəvi təzminat iddiası ilə çıxış edib öz hüquqlarını bərpa edə bilirlər. Azərbaycan reallığında isə vətəndaşlarımız bu imkandan məhrumdurlar. İndiki mərhələdə hər birimizin əsas vəzifəsi bundan ibarət olmalıdır ki, hakimiyyətin əsas qollarından olan məhkəmələrimizin ədalətli qərarlar çıxarda bilməsini tələb və təmin edə bilək. Hüquqi dövlətin təməli müstəqil məhkəmələr vasitəsilə qoyulur".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-27 08:58:34
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44