Gürcüstanda ötən sutkada daha 811 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 13 pasiyent ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 356 179 yoluxma halı təsdiqlənib. Yoluxanların 5 096-sı vəfat edib.
Son 24 saat ərzində xəstəlikdən 672, ümumilikdə 341 775 nəfər müalicə olunaraq sağalıb.