Mərhum gitara ifaçısı Nofel Süleymanovun azyaşlı oğlu "Həmin Zaur" proqramının qonağı olub.
Unikal.org xəbər verir ki, 13 yaşlı Rəvan Nofəloğlu proqramda çıxış edərək, atasının sənətini davam etdirəcəyini bildirib.
"2 qardaşım və bir bacım var. Böyük qardaşım idmanla məşğuldur. Gitaraya həvəsim var buna görə də atamın sənətini davam etdirəcəm",- deyə Rəvan İfadə edib.
Qeyd edək ki, Tanınmış gitara ifaçısı Nofəl Süleymanov ötən ilin sentyabrında Ağcabədidə yaşadığı mənzildə oğlu tərəfindən ov tüfəngi ilə vurularaq qətlə yetirilib.