"İllərdir çalışıram ki, fərqli görünüm. Lakin ailəm tərəfindən etirazla qarşılaşıram".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Ramal İsrafilov "Söhbət musiqidən gedir" proqramında qonaq olarkən deyib. Sənətindən, ailəsindən danışan ifaçı etiraflar edib:
"Musiqidə mühafizəkar olmağımı istəyirlər, məni sıxırlar. İfa zamanı hərəkət edə, oynaya bilmirəm. İçimdə kompleks qalıb. Müasir pop estradada fərqli çıxışlar etmək istəyirəm. Klip çəkdirəndə saçlarımı spreylə rəngləyib, sonra yuyuram. Daim sarı saçlı olsam, nə olacaq? Saçıma rəng qoysam, toya çağırmayacaqsız? Düşünürəm ki, düz etmişəm! Danışmağa çətinlik çəkirəm"